Əsas səhifə Biznes sahələri Texnologiya “Y Combinator” startapı ildə bir neçə dəfə onlayn-məktəblər təşkil edəcək

“Y Combinator” startapı ildə bir neçə dəfə onlayn-məktəblər təşkil edəcək

53
Paylaş

2020-ci ildən Y Combinator ildə bir dəfə deyil bir neçə dəfə startaplar üçün onlayn-dərslər keçirəcək. Amma, TechCrunch xəbər verir ki, kursun müddəti azaldılacaq.

Startap School – Y Combinator sürətləndiricisinin bütün dünya üzrə strataplar üçün olan pulsuz onlayn-məktəbi. İştirakçılar amerikan şirkətlərinin rəhbərləri və qurucuları tərəfindən mühazirələr dinləyirlər. 2017-ci ildən bəri dərslər ildə bir dəfə olmaqla 10 həftə çəkirdi.

İndi isə 8 həftə olmaqla ildə bir neçə dəfə keçiriləcək. İlk kurs 2020-ci ilin yanvarında başlayacaq. Qalanlarının tarixini isə Y Combinator hələ ki, açıqlamayıb.

Qeyd edək ki, 2018-ci ildə Y Combinator onlayn-məktəbə qəbul olan 11 min startapa səhvən təbrik məktubu göndərir. Nəticədə o, dəvət etdiklərinin hamısını qəbul edib. O zamandan Y Combinator iştirakçı sayına məhdudiyyəti götürüb.