Niyə yəhudilərə biznes qurmaq və var-dövlətini artırmaq belə asan başa gəlir?

0
1392

Niyə yəhudilər var-dövlət yığmağı bacarırlar? Onların maliyyə müdrikliyinin sirri nədədir? Niyə məhz yəhudi xalqına biznes qurmaq və var-dövlətini artırmaq belə asan başa gəlir?
Hələ qədim salnamələrdə yəhudilərin pulla rəftarı ilə bağlı qeydlər yazılırdı və yüz illər ərzində bu qayda-qanunlar az da olsa dəyişilməyib, əksinə daha geniş miqyasda inkişaf edib.

Bizplus.az Mixail Abramoviçin yazdığı “Yəhudisayağı biznes. 67 qızıl qayda” kitabında yer almış, hər bir iş adamı üçün faydalı olacaq 22 vacib qaydanı təqdim edir.

1. Şərikinizin əmlakını öz əmlakınız kimi əziz tutun. Yəhudi biznes ortağı ən ləyaqətli ortaqdır. Öz təcrübəmdən və yaxın dostlarımın təcrübəsindən deyə bilirəm ki, bizim həyatda qarşılaşdığımız bütün yəhudilər mülkiyyətə böyük hörmətlə yanaşıblar. Onlar mənim ailəmin uğurlarına da məhz analoji hörməti nümayiş etdiriblər.

2. Heç vaxt zamanı boşa xərcləməyin! Təsəvvür edin ki, nəqliyyat gözləyərkən və ya internetdə oturaraq nə qədər boş yerə vaxt itiririk. Mən bu məsələ barədə dünən qədər çox düşündüm və bu mövzuda xeyli pritça oxudum. Buna görə də, gələn həftədən başlayaraq öz vaxtımla bağlı yeni eksperimentə başlayacağam.

3. Pis qonşudan uzaq olun. Şəhər mərkəzində evlər niyə baha olur? Çünki ordakı sakinlərin 50%-i seçilmiş olur, qonşunun mədəni səviyyəsini öncədən bilirsən. İndi özünüz fikirləşin: günə liftdə Vladimir Kliçko ilə raslaşaraq başlamaq daha yaxşı əhval-ruhiyyə bəxş edər, yoxsa 10 pişik saxlayan deyingən qarı ilə?

4. Əgər danışmağa sözünüz yoxdursa, danışmayın!

5. Nə qədər ki enerjin var, işlə! Əgər həyat enerjimiz (həyatımız, işləmək arzumuz, yaratmaq eşqimiz) tükənməyibsə, yola davam etmək lazımdır.

6. İnsanların çətin vaxtlarında onlara pul ver! Bu, insan gələcəyinə sərmayə qoymaqdır. Özü də nə vaxtsa sənə geri qayıdacaq sərmayə!

7. Həmişə başqalarına xoş yanaş.

8. Hər insan təşəkkürə layiqdir.

9. Onlar zənginliyin nə olduğunu bilirlər. Mən bu mövzuya tam bir post həsr edərdim. Özüm üçün zənginliyin nə olduğunu müəyyənləşdirmək istəyirəm. Hazırda mən hesab edirəm ki, varlı olmaq üçün 5 milyon dollar pul lazımdır. Amma mənim bu mövzuda başqa variant xoşuma gəlir — yəhudi müdrikliyi — “zəngin o adamdır ki, malik olduğu şeylər onu xoşbəxt edir”.

10. Vaxt oğrusu da pul oğrusu kimi qorxuncdur. Mən belə adamlarla əlaqələrimi minimuma endirmişəm. Ola bilsin ki, bu çox qəddarlıqdır, pisdir, amma vaxtı idarə etmək, milyardları idarə etmək kimidir.

11. İşçinin pulunu vaxtında vermək lazımdır.

12. Hər düşündüyünü dilə gətirmə.

13. Bəzən lazım olandan çox pul vermək lazımdır. Əlbəttə, əgər sən bunu vermək istəyirsənsə.

14. Sahibkar işçisinin necə yaşadığını bilməlidir.

15. Əgər kimsə səni öldürmək istəyirsə, onu birinci sən öldür.

16. Düzgün danışmağı öyrən, lazım gələrsə, yersiz qürurdan keç.

17. Andınız deyil, sözünüz öhdəliyiniz olsun.

18. Heç vaxt başqasını təhqir etməyin.

19. Həyatınızı planlaşdırın.

20. Yaxşı işə görə özünüzü mükafatlandırın.

21. Başqalarına da iş tapşırın.

22. Həyatda balansı axtarın.