Əsas səhifə Biznes Yəhudiləri ölümdən qurtaran iş adamı – Oskar Şindler

Yəhudiləri ölümdən qurtaran iş adamı – Oskar Şindler

1468
Paylaş

Oskar Şindler (28 Aprel 1908-9 oktyabr 1974) — İkinci Dünya Müharibəsində, Polşada və bugünki Çexiyada olan hərbi və sursat fabriklərində işlətmək yolu ilə 1.200-ə qədər Yəhudini Yəhudi soyqırımdan qurtaran alman iş adamıdır.

Həyatı

Şindler 28 aprel 1908-ci ildə Avstriya-Macarıstan İmperatorluğunun tərkibində olan Moravia bölgəsində,Zwittauda anadan olmuşdur.Zwittau bu günki Çexiya Respublikasının vilayəti olub,”Svitanya” adlanır.

Oskar Şindlerin valideynləri Hans Şindler və Anası Fransziska Luser,Roma katoliki idilər,ancaq onlar Oskar 27 yaşında olarkən boşandılar.Oskar bacısı Elfriede ilə çox yaxın idi.Məktəbdən sonra Bronada bir elektrik mühəndisliyi firmasında marketinq olaraq işləyirdi.1930-cu ildə bir neçə dəfə iş dəyişdirdi.Ayrıca bir çox fərqli iş qurmağı sınadı ancaq həmin ildə olan Böyük Böhran səbəbi ilə bir çox iş adamları kimi o da iflas etdi.Çexslovakiya vətəndaşı olmasına baxmayaraq Şindler Alman ordu kəşfiyyatı üçün çalışmağa başladı.1938-ci ilin İyul ayında gördüyü işlərə görə həpsə atıldı,ancaq Münhen razılaşmasından sonra bir siyasi məhbus olaraq əfv edildi.1939-cu ildə Şindler Nasist partiyasına qatıldı.Bir qaynağa görə o, yenə Abwehr ilə çalışmağa davam etdi və 1 sentyabr 1939-cu ildə başlayan “Polşanın işğalına gedən yol”da köməklik göstərdi.

6 Mart 1928-ci ildə Şindler Emilya Pelzl ilə evləndi.Bu evlilikdən onları övladı dünyaya gəlmədi

İkinci Dünya Müharibəsi

Fürsətləri dəyərləndirən bir çox iş adamları kimi o da Almaniyanın Polşanı işğal edəcəyi təqdirdə yaranacaq iş imkanlarını görürdü.Şindler Nasist Almaniyasının aryanlaşdırma siyasəti daxilində yəhudi sənayeçi Nathan Wurzelin Krakowdakı fabrikinin sahibi oldu. Şindler,Wurzelin tövsiyyəsinə uyaraq fabrikinin adını DEF (Deutsche Emmaillevvaren Fabrik) etdi və minalar istehsal etməyə başladı.Yəhudi mühasibçi İtzhak Stern köməkliyi ilə 1,000 nəfər Yəhudini kölə-fəhlə fabrikində işlətməyə başladı.Stern və Şindler ilk tanışlıqları zamanı Şindler ona əlini uzatmış,amma Stren onun əlini sıxmamışdır.Şindler bunun səbəbini soruşduqda Yəhudi olduğunu söyləmiş və bir Yəhudinin bir Almanın əlini sıxmasının qadağan olunduğunu demişdir.Şindler ona bir Alman arqo termini olan “Scheiße” (lənət olsun) cavabı olmuşdur.İlk başlarda Şindlerin motivasiyası pul olmuşdur.Dəfələrlə ixtisassız işçilərini əslində fabrik üçün önəmli biri olduğunu iddia etmişdir.Yəhudi iş adamını saxlamış,ancaq sonralar bütün işçilərini maddiyatı hesabına qorumağa başlamış,onların əsassız öldürülməsi və s. hallarda Şindlerin şikayətlərə və hökumətdən təzmniat tələblərinə yol açmışdır.

1942-ci ildə Krakow gettosuna edilən Yəhudi axına şahidlik edən Şindler,əsgərlərin buradakı yəhudiləri toplayıb Krakow-Plaszow düşərgəsinə daşınma proseslərin görmüşdür.Şindler,özü üçün çalışan bir çox Yahudinin öldürmə səhnəsi görüb dəhşətə gəlmişdir.Şindler,təkidi sayəsində “Şindlerin Yəhudiləri” (Schindlerjuden) olaraq tanınan işçilərini qorumaq üçün böyük bir şücaət göstərmişdir.Şindler DEF-də çalışan Yəhudiləri qurtarmaq üçün çox zaman qeyri-adi yollara baş vurmuşdur.Çox zaman şəxsi karizmasını və insanların sevgisini qazanma özəlliyindən istifadə,lazım olan zamanlarda isə “yaltaqlıq” etmişdir.Eric Silverin (Ədalətlinin Kitabı) (The Book of Just) kitabında bir hadisədən bəhs edir:- “İki Gestapo gələrək onun ofisinə girdilər və saxta polşalı sənədlərə sahib beş nəfərlik bir ailənin təslim edilmələrini istədilər.İçəri girmələrindən üç saat sonra Şindler dedi: -“İki sərxoş Gestapo,məhbusları və tələb etdikləri günahlandırıcı sənədlər olmadan ofisimdən çölə çıxdı.Şindlerin həmçinin gettodan uşaqları çölə çıxarıb,polşalı rahiblərə təslim etdiyi və rahiblərin uşaqları Nasistlərdən saxladıqları və ya onları xristian yetimlər olaraq təqdim etmələri də bilinir.Plaszowun komandanı Amon Göth ilə 700 Yəhudini yaxınlıqdakı bir fabrikə daşınmasında razılıq əldə olunmuş,beləliklə onları Alman gözətçilərinin yarada biləcəyi təhlükədən uzaqlaşmaları üçün şərait yaratmışdır.1942ci il İyun-Oktyabr arasıda Nasistlər gettoda 17,000əsirdən 14,000-ni Belzec ölüm düşərgəsinə yollamışdır.

Şindlerin saxta malların dövriyyəsi və külli miqdarda pul oğurlanması şübhələri ilə iki dəfə həbs olunmuşdur.Komandir Amon Göth və digər SS zabitlərinin qanunən Reich-ə aid olan pul,zərgərlik və sənət əsərləri kimi Yəhudi mallarını özləri üçün saxlamalarına kömək etmişdir.Şindler bu malların satışında vasitəçilk etmiş və oğurluq malları saxlamışdır.Hər dəfə tutulmasından sonra əsasən rüşvət ilə cinayət işini əngəlləmiş və sərbəst qalmışdır.Bir dəfəsində vaqonlara yığılmış Yəhudiləri suladığı üçün (onların nəfəsləri çatmayıb və isti olduğu üçün) tutulmuş lakin zabit dostlarının sayəsində yenidən azadlığa çıxmışdır.

Qızıl Ordunun Auschwitz və şərqdəki digər düşərgələrin yaxınlarına gəlməsi ilə SS-lər qalan əsirləri qərbə doğru göndərməyə başladı.Şindler SS zabitlərini razı salaraq 1.100 Yəhudi işçisini Nasist işğalı altındakı Çexslovakiyada Sudetanland əyalətində yerləşən Brněnec-Brünnlitz’ə göndərilməsini təmin etmiş,bu sayədə onları ölüm düşərgəsindən qurtarmışdır. Brněnec’də bir digər Yəhudi fabriki eyni şəkildə alınaraq sursat(cəbhəxana) komponenti adı altında işlədilmiş,lakin yəhudilərin orda qaldığı müddətcə bir dənə də olsun sursat istehsal edilməmişdir.

Müharibədən Sonra

Müharibənin sonuna doğru Şindler bütün sərvətini rüşvət və qaçaqmalçılıqla işçiləri üçün etdiyi alış-verişlərlə tükətmişdi.Yoxsul vəziyyətdə Regensburg,Almanyaya və daha sonra Münhenə köçür.Ancaq müharibə sonrası Almanyada müvəffəqiyyətli ola bilmədi.Əslində maliyyə durumu Yəhudi təşkilatlarından yardım alacaq qədər pis idi.1948-ci ildə Şindler Argentinaya köçür ancaq orada da iflas edir.1958-ci ildə Almaniyaya dönür və bir sıra ardıcıl uğursuz iş cəhdlərinə girişir.Almaniyada balaca bir evə yerləşir və təkrar bir Yəhudi təşkilatının köməkliyi ilə bir sement fabriki qurmağa çalışır.Ancaq bu iş də 1961-ci ildə iflas edəndə iş ortağı ortaqlığı rədd edər.Oskar Şindler Frankfurt,Almaniyada 9 Oktyabr 1974-cü ildə 66 yaşında vəfat etdi.

Vəfat etməmişdən öncə bir Schindlerjuden olan Poldek Pfefferberg-ə Qüdsdə basdırılmaq istədiyini söyləmişdi.Bu istəyin səbəbini “Mənim uşaqlarım burada” sözləri ilə əsaslandırılmışdır.O,Qüds-ün Sion Dağındakı Katolik məzarlığına basdırıldı. Şindlerin gerçək motivasiya səbəbi dəqiq olaraq bilinmir.Yenə də bu mövzuda “Mənim üçün çalışan insanları tanıdım… İnsanları tanıdığınızda,onlara qarşı insanlar kimi davranırsınız” sözü ilə yəhudilərin NASİST Almaniyasında insan sayılmaması fikrinə qatılmadığını göstərmişdir.

Mirası

1967-ci ildə,Şindler İsraildə Yəhudi Soyqırımı qurbanlarına həsr olunmuş Yad Vashem abidəsində,Yəhudi Soyqırımı sırasında yəhudilərə kömək edən və Yəhudi olmayanları göstərən “digər xalqlardan ədalətli insanlar” adlı abidədə adı qeyd olunmuşdur.Bu abidədə adı yer alanlar,çox böyük şəxsi risk alaraq yəhudiləri qurtaran Yəhudi olmayan insanlardır. Şindler,NASİST patiyasının üzvü olub da bu abidədə adı yer alan tək insandır.Xatirəsinə Yad Vashem abidəsində bir ağac da əkilmişdir.

Şindlerin Siyahısı

Şindlerin Yəhudi Soyrqırımından qurtulan Poldej Pfefferberg tərəfindən danışılan hekayəsi,Tom Keneally-nin kitabı Şindlerin Gəmisi (Schindler’s Ship) romanının təməlidir. Roman daha sonra Şindlerin Siyahısı (Schindler List) olaraq yenidən adlandırılmışdır. Bu kitaba,1993-cü ildə Şindlerin Siyahısı adı ilə Steven Spielberg tərəfindən kino da çəkilmişdir. Filmdə Şindleri Liam Neeson tərəfindən canladırılmışdır.Neeson,bu filmdəki performansı ilə Ən Yaxşı Aktyor kateqoriyasında Oskar namizədi olmuş,film isə Ən Yaxşı Film mükafatını qazanmışdır.Film yeddi dəfə Oskar mükafatına layiq görülmüşdür.

Steven Spielberg

Spielbergin filminin gətirdiyi səs,Şindleri bir çoxlarına tanıtdı.Spielbergin filmi,məhşur mədəniyyət aləmində Şindlerin tanınmasının təməlini qoydu.Madiyyat güdməyən,etik dəyərlərə çox da önəm verməyən bir sənayeçi,bir nöqtədə verdiyi səssiz ama şüurlu qərarlarla bütün varlığını,lazım olanda Nasistlərin göz ardı etməsini təmin etmək üçün belə olsa işçilərinin həyatlarını qurtarmağa xərcləməsinin hekayəsi.Spielbergin filmi bəzi səbəblərə görə orjinal hekayə ilə müqayisədə bir az fərqliliyə sahib olsa da,Şindlerin rolu tarixi hekayələrin oynanılmasında nadir rast gəlinən bir sədaqətlə izah edilmişdir.Şindler həqiqətən mirasının çox böyük bir hissəsini Yəhudiləri qurtarmaq üçün xərcləmiş,işçilərinin həyatlarını qurtarabilmək üçün siyasi əqidə və ölkəsinə sonsuzadək yadlaşmışdır.Lakin müharibənin sonunda filmdə göstərildiyi kimi tamamən pulsuz qalmamışdır.

1999-cu ildə bir vaxtlar Şindlerin dostlarına aid olan bir evin tavanında tapılan bir çantada,Oskar Şindlerə aid 7.000 sənəd və şəkillər tapıldı.Yerli qəzet “Stuttgarter Zeitung” bu çantanın içindəkilər incələdi.Daha sonra orjinal sənədlər Yad Vashem,İsraildə olan Holokost muzeyinə,kopyaları isə Şindlerin həyat yoldaşı Emilie Şindlerə göndərildi.Bu sənədlər arasında Şindlerin qurtardıqları insanların siyahısı və “Yəhudilərini” buraxmadan öncə etdiyi çıxış yer alırdı.Emilieyə daha sonra 25.000 € mükafat göndərildi.

Borc alıb milyarderə çevrilən iş adamı