“XIDU Tour Pro 12.5” noutbuku təqdim olunub

Date:

Paylaş:

Texnoloji sektorda populyarlıq qazanan Çinin “XIDU” brendi “Tour Pro 12.5” noutbukunu təqdim edib.

“Philbook Max” və “Yoga Philbook” modellərindən sonra buraxılan “XIDU Tour Pro 12.5” noutbuku 8 nəsil “Intel Celeron” çipi ilə tədarük edilir. Bu, hazırda 14 nanometrlik texnoloji proses üzrə hazırlanan ən mükəmməl “Intel” prosessorudur. Yeni noutbuk 8 giqabaytlıq operativ, 128 giqabaytlıq quraşdırılmış və 520 giqabaytadək genişləndirmə imkanı ilə təchiz edilib. Bundan başqa, quraşdırılmış ventilyatorlar qurğuya qızmağa imkan verməyərək maksimum sürətdə uzun müddət işləməni təmin edir.

16,6 mm qalınlıq və 1 kiloqramlıq çəki sayəsində noutbuk səyahətdə, işdə və ya məktəbdə ideal qurğuya çevriləcək. İşıqlandırmaya malik erqonomik klaviatura da istifadə rahatlığını artırır ki, bu da hətta qaranlıqda çapa imkan verir.

Noutbuk toxunuş (Multitouch) dəstəkli 12,5 düym diaqonallı “2K IPS” sensor ekranla təchiz olunub. Perimetr üzrə çərçivənin eni 4,9 mm təşkil edir. Ekran noutbukun üst qapağının 80 faizini əhatə edir.

Bundan əlavə, qurğunun 180 dərəcə açılması ondan planşet kimi istifadəyə imkan verir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...