Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Xidmət sahəsi işçilərinin 40%-i növbədənkənar məzuniyyətə göndəriləcək”

“Xidmət sahəsi işçilərinin 40%-i növbədənkənar məzuniyyətə göndəriləcək”

26
Paylaş

Qətərin “Qatar Airways” aviaşirkəti koronavirus səbəbindən sərnişinlərin böhrandan əvvəlki dövrlə müqayisədə azalması ilə əlaqədar uçuşların 90%-ni dayandırmağı planlaşdırır.

Bnu Qətərdə yerləşən Həməd Beynəlxalq Hava Limanının əməliyyat fəaliyyəti üzrə direktoru Bədr əl-Mir deyib.  

““Qatar Airways”in təyyarələrinin 75 %-i yerdədir və faiz nisbətində belə təyyarələrin sayı 90 %-dək artacaq, çünki bazar ertəsi verilən məlumatlar səyahətçilərin sayının böhrandan əvvəlki dövrlə müqayisədə 90 % azaldığını göstərdi. Qətər Beynəlxalq Hava Limanının müxtəlif şöbələrinin, o cümlədən hava limanının xidmət sahəsinin əməkdaşlarının 40 %-ə yaxın hissəsi  müvəqqəti işləməyəcək, əsasən, onlar növbədənkənar məzuniyyətə gedəcəklər”, – aeroportun nümayəndəsi əlavə edib.

Bununla yanaşı, əl-Mir qeyd edib ki, Qətər aeroportu tamamilə bağlamayıb və öz aviaşirkətinin uçuşlarını dayandırmayıb, çünki təyyarələr vasitəsilə ölkəyə lazımi məhsulların, o cümlədən tibbi vasitələr çatdırılır.

Qafqazinfo