Əsas səhifə Biznes sahələri Texnologiya “Xiaomi”nin səhmləri rekord sürətlə bahalaşır

“Xiaomi”nin səhmləri rekord sürətlə bahalaşır

50
Paylaş

“Xiaomi”nin səhm qiymətləri rekord həddə çatıb.

Bizplus.az xəbər verir ki, hazırda “Xiaomi”nin səhmləri 40 milyard dollar dəyərində qiymətləndirilir. Ötən ilin avqust ayında şirkətdə bu göstərici 28 milyard dollar idi.

Səhmlərin sürətlə bahalaşmasının səbəbi nədir?

Mütəxəssislərin fikrincə, “Xiaomi”nin səhm qiymətlərinin bu qədər bahalaşmasına səbəb Redmi K30 5G smartfonunun satışa çıxarılması olub.

Qeyd edək ki, sözügedən smartfon 5G mobil texnologiyalarını dəstəkləyən ən ucuz (289 dollar) telefondur. Smartfon satışa yanvar ayının əvvəlində çıxarılsa da, ən ucuz versiyası (operativ yaddaş 6 GB, fləş yaddaşı isə 64 GB) artıq satışdadır.