“Xiaomi” smartfon formasında cib tərcüməçisi təqdim edib

Date:

Paylaş:

“Xiaomi” şirkəti tezliklə ucuz smartfon qiymətinə satışa çıxarılacaq yığcam tərcüməçi hazırlayıb. Bu haqda “Gizchina” nəşri yazıb.

Qurğu piksel sıxlığı 357 ppi olan 4,1 düymlük sensor displeylə təchiz edilib. 3000 milliamper/saat tutumunda batareya 5 saat ərzində fasiləsiz tərcümə rejimini təmin edir, gözləmə rejimində 19 saat işləyir.

Tərcüməçi danışanın istiqamətini avtomatik müəyyənləşdirərək uzaq məsafədən səsin qəbulunu dəstəkləmək üçün eyni anda 6 mikrofondan istifadə edir. Qurğu sözləri tanıyaraq onları tərcümə edir və ekranda göstərir.

Tərcüməçi 170 regionda istifadə olunan 18 dili dəstəkləyir. Cihaz əlavə olaraq 8 meqapiksellik kamera ilə təchiz edilib: onun vasitəsilə yazıları tərcümə etmək olar. Həmçinin qurğu faylların kompüter və ya smartfona ötürülməsi üçün “Wi-Fi” bağlantısını dəstəkləyir.

Noyabrın 26-da satışa çıxarılacaq “Xiaomi” şirkətinin yeniliyinin qiyməti 185 dollar təşkil edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...