Çin bazarında mart ayının 18-də Xiaomi şirkətinin iki yeni smartfonu satışa buraxılmışdı: Redmi 7 və Redmi note 7 pro. Bununla yanaşı şirkət, ilk dəfə olaraq, Redmi AirDots Bluetooth-qulaqcıqları satışa buraxıb.
Cihazın qiyməti 99 yuan təşkil edir. Bu qulaqcıqlara daha yaxından nəzər salaq.
Bu sizə heç nəyi xatırlatmır?
Bu, demək olar ki, 2018-ci ilin payız aylarında satışa buraxılmış Xiaomi AirDots qulaqcıqlardır, sadəcə qiyməti iki qat ucuzdur.
Ümumilikdə, bu qərarı düzgün hesab etmək olar. Şirkətin iki sub-brendə bölünməsi çoxdan bəlli olmuşdur. Yəqin ki, şirkət Redmi brendini daha da inkişaf elətdirmək fikrindədir.
Bunun nəticəsi nə olacağı hələ məlum deyil. Fərqli qiymətlərlə bazara daxil iki eyni cihaz, istehlakçıları çaş-baş qoya bilər.