“Xiaomi” şirkəti “Mi A3” yeni smartfonunu rəsmən təqdim edib

Date:

Paylaş:

“Xiaomi” şirkəti İspaniyada “Mi A3” yeni smartfonunu rəsmən təqdim edib. “Android One” proqramı çərçivəsində işlənib hazırlanmış sözügedən aparata “Android” sisteminin təmiz versiyası quraşdırılıb.

“Xiaomi Mi A3” bu yaxınlarda təqdim edilmiş “Xiaomi CC9e” əsasında hazırlanıb. Smartfon 1520×720 piksel təsvir ölçülü 6 düymlük AMOLED displeylə təchiz edilib. Ekrana barmaq izləri skaneri inteqrasiya edilib. Yeni aparat “Snapdragon 665” adlı 8 nüvəli prosessor ilə təchiz edilib. Əməli yaddaşın tutumu 4 QB, məlumatların saxlanılması üçün 64 və ya 128 QB-dır.

Arxa kamera 3 modula malikdir: 48 meqapiksellik əsas, 8 meqapiksel təsvir ölçülü genişbucaqlı və 2 meqapiksellik dərinlik datçiki. Ön kameranın təsvir ölçüsü 32 meqapikseldir.

Akkumulyator batareyasının tutumu 4030 milliamper/saatdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...