Xiaomi şirkəti iki yeni flaqman smartfon üzərində çalışır

Date:

Paylaş:

 XDA-Developers saytının baş redaktoru Xiaomi şirkətinin iki yeni smartfon modeli barəsində məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə təqdim olunmuş məlumatlara əsasən Xiaomi şirkəti Raphael və Davinci kod adlarına sahib iki yeni flaqman smartfon üzərində çalışır.

    Bu smartfonlar Snapdragon 855 prosessoru ilə təchiz olunacaqlar. Bununla yanaşı hər iki yeni flaqman smartfonu yuxarı hissənin daxilinə inteqrasiya edilmiş ön kameraya və ekrana quraşdırılmış optik barmaq izi skanı texnologiyasına sahib olacaq. Həmçinin məlumdur ki, tərtibatçılar Hindistan bazarı üçün bu smartfonlarda olacaq xüsusi MIUI interfeysinin testinə də start veriblər.

    Təəssüflər olsun ki, smartfonlar barəsində digər bir məlumat yoxdur. Raphael və Davinci kod adlarına sahib smartfonlar Xiaomi Mi9 Pro, Mi Mix 3s, Mi Mix 4 və ya Pocophone F2 ola bilərlər. Onu da qeyd etmək lazımdır ki, şirkət həmçinin Redmi brendinin flaqman smartfon modeli üəzrində də çalışır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...