Məlum olub ki, Xiaomi şirkəti iyul ayının əvvəlində Xiaomi CC9 və CC9e modellərindən əlavə daha bir smartfon modelini də təqdim edəcək. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə şirkətin Weibo sosial şəbəkədə paylaşdığı posterə əsasən həmin tədbirdə Xiaomi CC9 modelinin xüsusi versiyası olacaq Xiaomi CC9 Meitu Custom Edition modeli təqdim olunacaq.
Bir sıra mənbənin verdiyi məlumata əsasən həmin smartfon Asus ZenFone 6 modeli kimi çevrilə bilən kamera konstruksiyasına sahib olacaq. Smartfonun ətraflı texniki göstərici məlumatları olmasa da biz artıq bilirik ki, o, üçlü arxa kamera ilə təchiz olunacaq. Çox güman ki, əsas kamera modulu 48 MP-lik Sony IMX856 markalı kamera modulu olacaq. Qeyd etmək lazımdır ki, hər 3 smartfon modelinin təqdimatı 2 iyul tarixində Çində keçiriləcək.