“Xiaomi” şirkəti “ağıllı” mikrodalğalı soba istehsal edib

Date:

Paylaş:

“Xiaomi” şirkəti ona məxsus “Mijia” brendi ilə birgə mobil proqram vasitəsilə idarə olunan “ağıllı” mikrodalğalı soba istehsal edib. Çində 399 yuan dəyərində yeni soba avqustun 1-dən satışa çıxarılacaq.

Mikrodalğalı sobanın həcmi 20 litrdir. Cihazı “Wi-Fi” (802.11 b/g/n, 2,4 QHs) simsiz şəbəkəsinə qoşmaq və səsli əmrlərin köməyi ilə idarə etmək olar. Mobil proqramda yeni reseptlərə baxmaq, temperaturu təyin etmək və “Mijia Microwave Oven” cihazının müxtəlif funksiyalarını idarə etmək olar.

“Mijia” mikrodalğalı sobasının ön tərəfində displey, vaxt və gücü tənzimləmək üçün fırlanan düymə, həmçinin 26 iş rejimini sazlamaq üçün 2 sensor düymə mövcuddur. Sobanın daxilində “Toshiba” şirkətinin istehsalı olan 700 vatt gücündə maqnetron quraşdırılıb.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...