Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Xiaomi şirkətinin CEO’su: ‘Redmi 7 smartfonu 120$’dan baha satılmayacaq’

Xiaomi şirkətinin CEO’su: ‘Redmi 7 smartfonu 120$’dan baha satılmayacaq’

140

Xiaomi şirkətinin artıq müstəqil brendi kimi fəaliyyət göstərən Redmi özünün büdcəli Redmi 7 smartfon modelinin təqdimatına hazırlaşır. Məlumata əsasən bu smartfon Redmi seriyasının ən ucuz smartfon modeli olacaq. Xiaomi şirkətinin CEO-su Lei Jun isə Redmi 7 haqqında bəzi məlumatlar verib. Bu barədə Mydriverssaytı xəbər verib.

Beləliklə onun sözlərinə görə Redmi 7 smartfnu infraqırmızı giriş hissəsi, 3.5 mm-lik audiogiriş hissəsi və geniş gəcmli batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, sertifikatlaşdırma təşkilatı olan TENAA-nın məlumatlar bazasına əsasən Redmi 7 smartfonu 19:9 nisbətli 1520×720 piksel keyfiyyətli 6.26 düym IPS ekran, 1.8 GHz tezlikli prosessor, 12 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Bundan əlavə olaraq Lei Jun smartfonun qiyməti barəsində məlumat da verdi. Onun sözlərinə əsasən Redmi 7 modeli 105-120$ qiymətində satışa çıxacaq. Əvvəlki modellərin uğurlu olmasını və Redmi 7-nin qiymətini nəzərə alsaq, güman etmək olar ki, sözügedən smartfona yüksək tələbat olacaq. Xiaomi şirkəti isə söz verib ki, o, böyük sayda Redmi 7 smartfonu istehsal edib və buna görə də smartfon sayının çatışmazlığı problemi yaşanmamalıdır. Çox güman ki, smartfon 18 mart tarixində təqdim olunacaq.

Rəy bildir

Please enter your comment!
Please enter your name here