Xiaomi şirkəti rəsmi olaraq Redmi 7 smartfonunun təqdimat tarixini elan etdi

Date:

Paylaş:

Xiaomi şirkəti özünün müstəqil şəkildə fəaliyyət göstərən Redmi brendinin növbəti büdcəli smartfon modeli olacaq Redmi 7-nin təqdimat tarixini rəsmi olaraq elan etdi. Beləliklə Redmi 7 smartfonu 18 mart tarixində Redmi Note 7 Pro modeli ilə birlikdə təqdim olunacaq. Qeyd etmək lazımdır ki, həmin gündə həmçnin şirkətin yeni gamer smartfonu olacaq Black Shark 2 də təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən Redmi 7 modeli 19:9 nisbətli 1520×720 piksel keyfyyətli 6.26 düym IPS ekran (ekran üzərində damcı formalı çıxıntı hissəli), Snapdragon 636 prosessoru, 3/4 GB RAM, 12 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xiaomi şirkətinin CEO-su Lei Jun bildirmişdi ki, Redmi 7 smartfonu 120$-dan baha qiymətə satılmayacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...