Əsas səhifə Biznes sahələri Texnologiya Xiaomi şirkəti Black Shark 2 adlı gamer smartfonunu reklam etməyə başlayıb

Xiaomi şirkəti Black Shark 2 adlı gamer smartfonunu reklam etməyə başlayıb

201
Paylaş

Xiaomi şirkəti Çinin Weibo adlı sosial şəbəkəsində Black Shark 2 gamer smartfonunun reklam tizer fotosunu paylaşıb. Bu barədə Gagadget saytı xəbər verib. Məlumata əsasən Xiaomi Black Shark 2 smartfonu Liquid 3.0adlı yeni soyutma sistemi ilə təchiz olunacaq. Sözügedən soyutma sisteminin birinci Black Shark və Black Shark Helo modellərində olan soyutma sistemlərindən nə ilə fərqlənəcəyi hələ aydın deyil.

    Son sızdırılmış məlumatlara əsasən Black Shark smartfonu Skywalker kod adına sahibdir. Smartfon genişformatlı ekran (heç bir çıxıntı hissə olmadan), Snapdragon 855 prosessoru, 8/10/12 GB RAM, ikili arxa kamera və 27 vatt gücündə enerji qəbuluna sahib sürətli enerji yığma texnologiyası ilə təchiz olunmalıdır. Bununla yanaşı smartfon Game Turbo adlı xüsusi oyun rejimini də əldə etməlidir. Black Shark 2 Android Pieəməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun təqdimat tarixi məlum olmasa da çox güman ki, onun təqdimatı bu ay baş tutacaq./technote