Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Xiaomi” Mi Band 3-ün ucuz versiyasını təqdim edib

“Xiaomi” Mi Band 3-ün ucuz versiyasını təqdim edib

190
Paylaş

“Xiaomi şirkəti” yeni model fitnes qolbaqların buraxılışını anons edib. Qolbaq “Mi Band 3”-ün ucuz versiyası hesab olunur.

Qeyd edək ki, orijinal “Mi Band 3” versiyası satılmağa başlayanda 2 dəfə baha idi.

Qiyməti nəbz skanerinin olmamasına görə ucuzdur. Bu yeni modelin özünəməxsus funksiyaları isə bunlardır – addım hesablayıcı, fiziki fəaliyyət trekeri, yuxu keyfiyyətinə nəzarət.

Qolbaq iOS və Android-lə birgə işləyir və Bluetooth-la qoşulur. Bütün funksiyalar üçün isə tətbiqlər mağazasından Mi Fit mobil tətbiqini yükləmək olar.

Nəbzi ölçmə funksiyasını çıxmaq şərtilə, gadget “Mi Band 3”-dən fərqlənmir və ondan daha ucuzdur.