Əsas səhifə Biznes sahələri Texnologiya “Xiaomi”, “İPhone” qiymətinə böyük televizor istifadəyə verib

“Xiaomi”, “İPhone” qiymətinə böyük televizor istifadəyə verib

146
Paylaş

“Xiaomi” şirkəti Mural TV  televizorlarını təqdim edib.O. 13,9 millimetr qalın korpusa malikdir və ekranının diaqonalı 65 dyümdür. Belə bir dizayn sayəsində televizor şəkil tablosu kimi görünür, gözləmə rejimində olanda  isə ekranda müxtəlif sənət əsərləri göstərir – 22 janrda 45 müəllif.

Mural TV ( və ya Art TV ) televizorları 4K UHD icazəsini, həmçinin dinamik HDR10 diapazonunu dəstəkləyir və idarəedici bloka saniyədə 18 Gbit sürətlə ötürmə qabiliyyətinə malik Mi Port portu vasitəsilə qoşulur. İdarəedici blok həm də akustik sisitem rolunu oynayır.

Dinamiklərə gəldikdə isə, blok, üç HDMİ portu, iki USB və bir Ethernet-lə təchiz olunub, Wi-Fi və Bluetooth simsiz əlaqələrini dəstəkləyir, mikrofoları və32 qiqabayt daxili yaddaşı var. Ona əlavə olaraq “subwoofer” ( akustik sistem ) də qoşmaq olar. Dəstin qiyməti 6999 yuan və ya 1776 azn edir.