Əsas səhifə Biznes sahələri Texnologiya “Xiaomi” ilk dəfə dünyanın 500 ən böyük şirkətlərinin reytinqinə daxil edilib

“Xiaomi” ilk dəfə dünyanın 500 ən böyük şirkətlərinin reytinqinə daxil edilib

105
Paylaş
Xiaomi
Xiaomi

“Fortune” nəşrinin versiyasına görə, Çinin smartfon və başqa istehlak elektronikası istehsalçısı olan “Xiaomi” ilk dəfə dünyanın 500 ən böyük şirkətlərinin reytinqinə daxil edilib.

“Fortune Global 500” reytinqində “Xiaomi” şirkəti 468-ci yeri tutub. Şirkətin kapitallaşdırma dəyəri 21,15 milyard dollar məbləğində qiymətləndirilib, şirkətdə 16680 nəfər işləyir.

“Xiaomi 9 il ərzində “Fortune Global 500” reytinqinə daxil olmağa müvəffəq olub. Biz öz pərəstişkarlarımıza və “Mi” istifadəçilərinə dəstəyə görə təşəkkür etməliyik. Biz, həmçinin bu il reytinqdə ən gənc şirkətik” – “Xiaomi” şirkətinin təsisçisi, direktoru və direktorlar şurasının sədri Ley Szyun deyib.