“Xiaomi” “GoPro”-nu ala bilər

2
639

Çinin “Xiaomi” şirkəti action-kameraların istehsalı ilə məşğul olan “GoPro”-nu ala bilər.

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, buna səbəb “GoPro”-nun son illərdə 10 mlrd. dollardan 768 mln. dollara qədər ucuzlaşmasıdır.

Qeyd edək ki, “GoPro” şirkəti 2002-ci ildə Nik Vudman tərəfindən yaradılıb. O, ötən il şirkəti satmağa hazır olduğunu bildirib.

“Xiaomi” şirkəti isə action-kameralar bazarında yeni deyil. Daha əvvəllər o, Çinin “YI Technology” adlı startapı ilə birlikdə kameralar istehsal edirdi.

2 COMMENTS