Əsas səhifə Biznes sahələri Texnologiya Xiaomi Çin bazarında apple’ı geridə qoydu

Xiaomi Çin bazarında apple’ı geridə qoydu

1108
Paylaş

Çin bazarında Xiaomi Apple’dan daha böyük bir paya sahibdir.
Çin mənşəli texnologiya nəhəngi Xiaomi, dünya nəhəngi Appleı geridə buraxdı. Çin bazarında edilən araşdırma nəticəsində, 2015-ci ildə dördüncü sırada yer alan Apple, 2016-cı il nəticələrində 5-ci sıraya geriləyib.

Təbii ki bu vəziyyətdə Çin hökumətinin dəstəklədiyi siyasətin nəticəsi də böyükdür. Bildiyiniz kimi Çin hökuməti, Çin mənşəli telefonların daha güclü olmaları üçün texnologiya şirkətlərinə dəstək verərkən, xarici şirkətlərə bəzi sanksiyalar tətbiq edir.


Rəqəmlərlə ifadə edəsi olsaq, 2016-cı ildə Huawei 76.2 milyon ədəd satış edib. Şirkəti rəqibi Oppo 73,2 milyon ilə təqib edir. Bir başqa məşhur telefon istehsalçısı Vivo isə 63,2 milyon ilə üçüncü sırada. Apple, 2015-ci ilə görə geriləyərək 43,8 milyon ədəd satıb. Huawei, müvəffəqiyyətini sabit bir şəkildə artırır. Apple, Samsung, Xiaomi kimi şirkətlər Çindəki strategiyalarını oturtmağa çalışarkən, Huawei bu zamanı fürsətə çevirib önə keçməyi bacardı.

Apple əgər iPhone 8 ilə bir müvəffəqiyyət qazana bilsə, bazar dəyəri bir qədər də yüksələcək. Bu rəqəmlərə baxmayaraq Çinin Apple üçün ən yaxşı 10 bazardan biri olduğunu da diqqətinizə çatdıraq.