Xiaomi birjaya daxil olmağa hazırlaşır

0
1081

Xiaomi Çinin ən böyük smartfon markalarından biridir və birjaya daxil olmağa hazırlaşır. Eyni zamanda texnoloji geyimlər istehsal edən ən böyük şirkət kimi də tanınır.

Şirkət birjaya 2018-ci ilin ikinci yarısında daxil olmağı planlayır.

Çinin 4-cü böyük smartfon istehsalçısı Xiaomi Huawei, Oppo və Vivo markalarından sonra gəlir. 2014-cü ildə Çinin Apple-ı adlandırılan şirkət 1.35 milyard əhalisi olan Çinin ən yaxşı smartfon satıcısı olub.

Çin bazarının 14 faizinə nəzarət edən şirkət Çində appledan öndə olsa da Huaweidən geri qalır. Bazarın 19 faizinə Huawei nəzarət edir.