Çində atmosferə buraxılan qaz və hava kirliliyi o qədər çoxdur ki, “Xiaomi” bir ay ərzində avtomobillər üçün ikinci havatəmizləyici təqdim edib.
“Bizplus.az” xarici mediaya istinadən xəbər verir ki, “Smartmi Car Air Purifier” hava təmizləyicisindən sonra şirkət “70Mai Car Air Purifier Pro”nun satışına başlayıb.
Havatəmizləyici kompakt alimium korpusludur və CADR (Clean Air Delivery Rate) 52 m³/s-dir. Bu, bir avotmobil üçün kifayət qədər yetərlidir. “70Mai Car Air Purifier Pro” güclü pərlərlə təchiz olunub və digər havatəmizləyicilərindən fərqli olaraq daha az səs-küylüdür (5 dB daha aşağı).
Bundan başqa, cihaz avtomobilin salonunda olan tozun miqdarını dəqiq müəyyən edən fotoelektrik sensorla təchiz olunub. Buna görə havatəmizləyicinin işləmə funksiyası dəyişir.
“70Mai Car Air Purifier Pro”nun qiyməti 44 dollardır.