Xiaomi “ağıllı” hava təmizləyicisini təqdim edib

Date:

Paylaş:

Çinin texnologiya nəhəngi Xiaomi Xiaomi Mi Pro H hava təmizləyicisini təqdim edib. 

Dərhal öncədən satışlar başlayıb. Potensial alıcılar 7 dollar həcmində depozit köçürəcəklər, ilk 1000 sifariş isə pulsuz Mijia Filter çaydanı əldə edəcək. Son ödəniş vaxtı 9 oktyabrdır. Yekun qiymət isə 239 dollar təşkil edir.

Xiaomi Mi Pro H hava təmizləyicisi formaldehidi (zəhərli qaz) yox edir, PM2,5 allergenlərini (allergiya yaradan maddələr) və bakteriyaları təmizləyir. Cihaz qülləşəkilli quruluşdadır, 600 m3/s  CADR tezliyə və 220 m3/s CADR formaldehidə malikdir. Beləcə təmizliyici 72 kvadrat metr ərazini əhatə edə bilir.

Təkmilləşdirilmiş bu yeni filtr cihazı yüksək effektli HEPA H13 materialından istifadə edir. O, 99 mikrometr hissəni 99,97% təmizləyə bilir. Sütunabənzər daxili karbon zərərli qazları və ya qoxuları sovura və uzun müddət təmizləyə bilir. Bu hava təmizləyicisi mətbəx buxarını, yemək qoxularını, tüstünü, ev heyvanlarının, vanna otağının iylərini aradan qaldırır və evdə təmiz havanı təmin edir.

Təmizləyicinin üç səviyyədə təmizləmə sürəti var və onu bir düymə ilə tənzimləmək olur. Aşağı sürətli ötürmə bir qədər gec, orta və yüksək sürətli isə sürətlə təmizləyir. Mijia tətbiqi vasitəsilə siz həmişə evdəki havanın təmizliyinə nəzarət edə bilərsiniz. Həmçinin tətbiqin köməyi ilə cihazı uzaqdan  idarə də etmək olur. Xiao AI ilə müştərək olan bu hava təmizləyicisi digər ağıllı Xiaomi məhsullarını da idarə edə bilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...