Əsas səhifə Biznes Biznes məqalələri Xeyriyyəçilik niyyəti ilə “mənzil başı”na çatan “Danone” dahisi

Xeyriyyəçilik niyyəti ilə “mənzil başı”na çatan “Danone” dahisi

125
Paylaş

“Danone”nun uğur tarixi uşaqları xilas etməklə bağlı bir xeyirxahlıq niyyəti ilə başlayıb.

XX əsrdə İspaniyada uşaqlar disbakteriozdan və bağırsaq infeksiyasında əziyyət çəkirdilər. İsaak Karasso Balkan yarımadasında anadan olub. O hələ uşaqlıqdan yoqurtun faydalarından xəbərdar idi.

Karasso prosesə çox ciddi yanaşır və  yoqurtun tərkibini araşdırır. O, İspaniyaya  Paster institutundan ( orada Meçnikov öz araşdırmalarını həyata keçirirdi ) termofilik streptokok və bolqar çubuqları kimi laktik yoqurt bakteriyalarına qarşı kompleks peyvəndlər gətirir.

Yoqurtların balkan resepti ilə hazırlanması qaydasından istifadə edərək İsaak 1919-cu ildə öz kiçik laboratoriyasında yoqurt istehsalına başlayır. Hər səhər Karassonun laboratoriyasından apteklərə balaca qablarda 400 yoqurt daşınır.

Məhsulun faydalı xüsusiyyətlərinin dildən dilə düşməsi və İsaakın qətiyyətlə öz məhsulunu Katalon paytaxtının həkimlərinə təklif etməsi həmin kiçik qablarda buraxılan yoqurtların bir neçə il ərzində uğurunu təmin etmiş olur. Bu uğur yoqurtu “tibb sərhədləri”ndən kənara çıxarır: artıq ona süd məhsulları mağazalarında və qənnadı dükanlarında da rast gəlinir.

Təşəbbüskar və ağıllı Karassso 1973-cü ildə Gervais-Danone şirkətini BSN şüşə konserni ilə birləşdirir. İstehsal həcmi də artır.

“Danone” şirkətinin məhsullarının nüfuzu bütün dünyaya yayılıb. Bu nüfuz səbəbsiz də deyil, belə ki, həmin məhsullar hələ də istehlakçılar üçün faydalı olaraq qalmaqda davam edirlər.