Vergi Məcəlləsinə görə, qeyri-rezident e-ticarət satıcıları Azərbaycan alıcılarına iş və xidmət təklif edərkən 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.
“Elektron ticarət haqqında” Qanuna edilən dəyişikliklərdə buraya informasiya portallarının, informasiya sistemlərinin internetdən istifadə etməklə təqdim etdiyi iş və xidmətlər daxildir. Xüsusən e-kitabların, musiqinin, video-audio materialların, qrafik təsvirlərin və e-ticarət üzrə qeyri-rezidentin əməliyyatlarının ƏDV-yə cəlb olunması ilə bağlı digər iki məqam isə ondan ibarətdir ki, alıcı vergiödəyicisi olmadıqda ödənilən məbləğ Azərbaycan Respublikası tərəfindən alıcının vəsaiti hesabına tutulur.
Son nəticədə qeyri-rezident satıcı göstərdiyi xidmətə görə hər hansı bir dəyər formalaşdırırsa, həmin dəyəri – xidməti təklif edirsə, bu, son nəticədə qeyri-rezidentə çatır. Dəyərin üzərindəki məbləğ – 18 faizlik ƏDV isə Azərbaycan alıcısının, istehlakçısının vəsaiti hesabına tutulur. Bu isə o deməkdir ki, istənilən vətəndaş bu gün plastik kart vasitəsilə 10 ABŞ dolları dəyərində hər hansı elektron kitab yükləmək istəyərsə, onun hesabından tutulacaq məbləğin üzərinə ƏDV də əlavə ediləcək.
Vergi Məcəlləsinə görə, malların elektron ticarət qaydasında alışı zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tutulmur.
fed.az