ABŞ
Çox az büdcə ilə sahiblərinə uğur gətirmiş start-uplar müstəsna olmaqla, 14 min dollar ABŞ-da çox da zəngin olmayan, lakin rahat həyat təmin edə bilər. Bunun üçün isə diqqəti varlı şəhərlərə deyil, nisbətən kənarlara yetirmək lazımdır. ABŞ-da 15 000 dollara öz marketinq agentliyini yaratmış Roman Smolevskiy böyük ofisdən imtina edərək, vəsaiti əsas olaraq əməkdaşlara və istehsalata yatırmışdı. Hazırda agentlik 4 stomatoloji klinika, restoranlar şəbəkəsi və bir neçə orta səviyyəli şirkətin işlərini idarə edir. Onun sözlərinə görə, hər şey biznesi harada yaratmaq istəyinizdən asılıdır. Məsələn, Şimali Dakotada kiçik bir şəhərdə 14-15 min dollara personalı və avadanlığı ilə birlikdə kafe kirayə götürmək mümkündür.
Çin
ABŞ-dan sonra “Dünyanın ikinci iqtisadiyyatı” olan Çində əcnəbilərə qarşı bir o qədər də dostcanlı deyillər, xüsusən də əgər onların büdcəsi 14 min dollara qədərdirsə. Deerz internet mağazasının yaradıcısı Aleksandr Mineyev Çində istehsalat üzrə öz biznesini yaratmaq istəyirdi. Lakin onun qarşısındakı əsas əngəl ondan ibarət idi ki, Çində əcnəbi şəxsin biznes yaratması çox xərc tələb edir. 14-15 min dollar sadəcə olaraq nizamnamə kapitalına kifayət edir. Çinli bir şəxslə ortaq işlədikdə xərcləri nisbətən azaltmaq mümkündür. Lakin buna baxmayaraq, 14 min dollara Çində yalnızca kökə satan kiçik bir mağaza açmaq mümkündür. Bu mağaza mütləq olaraq yoxsul məhəllələrdən birində yerləşəcək. Lakin burada gəlirliliyi qiymətləndirmək çətindir. Belə ki, Mineyevin fikrincə Şanxayda start kapitalı 150 000, Pekində isə 300 000 dollar tələb edir.
Kanada
Kanada da 13 000 dollara əyalət şəhərlərində kiçik bir biznes almağa və yaxud yaratmağa kifayət etsə də, daha sonradan bu biznesin əlavə vəsait olmadan inkişaf etməsi sual altındadır. Buna əsas səbəb isə, Kanadada icarə haqlarının və personal xərclərinin yüksək dərəcədə olmasıdır. Bu səbəbdən də, daha sonradan digər yatırımların olmaması halında biznes perspektivli xarakter daşımır.
Estoniya
Qeydiyyat üçün sənədlərin elektron dövriyyəsi sistemini yaratmış ölkədə şirkətlər bürokratik uzadılmalardan əziyyət çəkmir. Şirkətini qeydiyyatdan keçirmək estona 5 dəqiqə vaxt və 20 avro tələb olunur. Eyni şərtlər Estoniya vətəndaşlığına sahib olan əcnəbi sahibkarlar üçün də keçərlidir. Lakin əcnəbi şəxs üçün bu göstəricilər təribən 1 ay və 50 avro təşkil edir. Kiçik və orta biznes üçün nizamnamə kapitalı 2500 avro təşkil edir. Lakin bu məbləğ dərhal olaraq tələb olunmur və 3 il ərzində qeydiyyatdan keçirilə bilər.
Tayland
Tayland 14-15 min dollar kapital ilə turistlərlə bağlı biznes yaratmaq üçün uyğun bir ölkədir. Hər il ölkəni 26,5 milyondan çox əcnəbi ziyarət edir. Bu ölkədə artıq biznes yaratmağa nail olmuş əcnəbilərin sözlərinə görə, bu məbləğə burada mənzil əldə edib kirayə vermək, motosiklet kirayəsi ilə məşğul olmaq və yaxud ekosəyahət və yaxud səyahət turları təşkil edən agentliklər yaratmaq mümkündür.
İsrail
14-15 min dollara İsraildə kiçik ənənəvi biznes yaratmaq demək olar ki, mümkün deyil. Buna əngəl yaradan əsas səbəb isə əhalinin yüksək alıcılıq bacarığına əsaslanan ölkə iqtisadiyyatıdır. 2015-ci ildə qeydə alınan göstəricilərə görə, İsraildə orta aylıq əmək haqql təqribən 9000 şekel (təqribən 2300 dollar) təşkil edir.
Dayanıqlı valyuta və stabil iqtisadiyyat demək olar ki, avtomobildən başlayaraq mənzilə qədər bütün məhsullara yüksək qiymət təyin edir. Bu göstəricilər İsraildə hətta kiçik biznes yaratmaq üçün belə nisbətən çətin şərtlər tələb edir. Burada camaşırxana, gözəllik salonu, mobil telefon aksessuarları satan mağaza və digər mikrobiznes nümunələri təqribən 396 000 dollar yatırım tələb edir. Burada rahat şəkildə biznes yaratmaq üçün yeganə variant texnoloji sahibkar olmaqdır. Burada tələb olunan xərcləri əvvəlcədən demək çətindir və xərclər rəqabər və innovativ ideyalardan asılıdır.
Çində biznes qurmaq istəyirəm deyənlər üçün ən gəlirli sahələr
©azinforum