Xarici investorlar Azərbaycan startapına yatırım etmək istəyir

1
1168

Məlumat verdiyimiz kimi, Hindistanın Heydərabad şəhərində Qlobal Sahibkarlıq Sammiti (GES) keçirilib.

Azərbaycanı sammitdə 15 yaşlı həmyerlimiz Reyhan Camalova  “Rainergy”  startapı ilə təmsil edib.

ABŞ Prezidenti Donald Trampın baş müşaviri və prezidentin sammitdəki nümayəndəsi olan qızı İvanka Tramp Reyhan Camalovanın layihəsini müsbət qiymətləndirib.

Onu da bildirək ki, ötən il ABŞ-da keçirilən qlobal sammitdə ölkəmizi təmsil edən Leyla Tağızadə Reyhan Camalovaya mentorluq edib.

Həmyerlimizin bu uğuru Azərbaycanda böyük rəğbətlə qarşılanıb.

Leyla Tağızadə Xeberler.az-a bildirib ki, 1500 iştirakçı tərəfindən təqdim olunan layihələr arasında“Rainergy” xüsusi fərqlənib.

Belə ki, sammitdə əsasən Hindistan və digər ölkələrdən qurğu ilə maraqlananlar, investisiya qoymaq istəyənlər olub.

Reyhan Camalovanın sözlərinə  görə, o, bu qurğu üzərindən biznes qurmaq istəyir:

“Bu cihazın əslini hazırlamaq üçün investisiyaya ehtiyac var. Ümid edirəm ki, layihəmiz üçün investisiya ala biləcəyik”.

1 COMMENT