Qiymətlər, şərtlər və sənədlər.
ABŞ
ABŞ-da işçi vizasının fərqli meyar və tələblərə görə bir neçə növü mövcuddur.
İnsider.az bu vizalardan bəzilərinin alınmasına dair şərtləri təqdim edir.
Viza “E-2”
Bu vizanı almaq üçün ABŞ ərazisində açılan biznesə ən azı 100 min dollar sərmayə yatırmaq lazımdır.
Viza “EB-2 (C)”
İş vizası olmasına baxmayaraq, bu vizanı iş verən olmadan almaq mümkündür. Bunun əvəzində ali təhsil (magistr və ya daha yüksək) səviyyəsi və ya hər hansı sahədə istedad tələb edilir. Bütün bu meyarlar olduqdan sonra bu vizanın verilməsinin ABŞ-ın maraqlarında olduğunu sübut etmək lazımdır.
E vizası üçün müraciət edərkən 205 dollar ödəmək lazımdır.
Viza “О-1
EB-2 vizasından fərqli olaraq, bu viza immiqrasiya vizası olmasa da, fəaliyyət sahəsində qeyri-ordinar istedada sahib şəxslərə “Green card” almaq zəmanəti olmadan ABŞ-da yaşamağa və işləməyə imkan verir. Bu viza üçün incəsənət xadimi ilə yanaşı elmi sahə mütəxəssisi, eləcə də biznes sahəsində təsdiqlənmiş kompetensiyalı sahibkar da müraciət edə bilər. Belə olan halda ona sponsorluq edəcək amerikalı iş verəni tapmalıdır.
O kateqoriyalı viza üçün müraciətin dəyəri 190 dollardır.
Viza L-1
Bu vizanın iki: L-1A və L-1B növü mövcuddur.
L-1A vizasını almaq hüququnu qazanmaq üçün ABŞ və xaricdə ofisi olan şirkətlərdən birində rəhbər və ya top-menecer olmaq lazımdır. Vizanı aldıqdan sonra həm ABŞ ofisində, həm də ən azı bir il digər ölkədə yerləşən ofisdə işləmək lazımdır. Şirkətin ABŞ-da ofisi olmadığı halda belə tələbləri yerinə yetirərək ABŞ-da müstəqil ofis açmaq olar.
Vizanın ikinci L-1B növü rəhbər vəzifələr tələb etməsə də, onu almaq üçün müvafiq ixtisas biliklərinə malik olmaq lazımdır. L-1B vizasını yalnız əməkdaş eyni şirkətin xarici ofisindən ABŞ-dakı ofisinə köçürülərkən almaq mümkündür.
L kateqoriyalı vizaların dəyəri 190 dollardır.
Viza H-1B
Bu viza şirkətdə rəhbər vəzifəsi olmayan amma şirkətin daimi əməkdaşlarına uyğundur. Amma ildən ilə dəyişən viza alma sayı məhduddur. 2018-ci ildə bu say 85 min yerdən ibarətdir.
H kateqoriyalı viza üçün müraciətin qiyməti 190 dollardır.
Viza В-1
Qısamüddətli işçi vizadır, bu viza ölkədə altı aydan çox zamanı ölkədə olmağı nəzərdə tutur, amma bu müddəti bir ilə qədər uzatmaq olar. Viza ABŞ ərazisində rəsmi şəkildə əməkdaş olmaq imkan vermir. Amma bu vizanı aldıqdan sonra ABŞ-da işgüzar əlaqələrin yaradılmasına və sonradan uzunmüddətli işçi vizanın almağı yüngülləşdirə bilər.
B kateqroiyalı viza üçün müraciət 160 dollara başa gələcək.
KANADA
Kanadanın “Start-up Visa Canada” proqramı xarici bazara girən yeni üzlər üçün ən loyal proqram hesab edilir. Bu vizanı eyni şirkətin beşə qədər təsisçisi ala bilər. hər bir təsisçinin 10% səs hüququ olan səhmi olmalıdır, sahiblər isə maliyyə təşkilatları ilə birgə 50% səsə sahib olmalıdırlar.
Biznes əməliyyatların böyük hissəsi ölkə ərazisində həyata keçirilməlidir.
Vizanın müəyyən edilmiş müddəti yoxdur, amma belə ki, vizanı alanlara daimi yaşayış yeri təqdim edilir. “Start-up Visa Program” çərçivəsində hər il 2750 viza ayrılır.
Tələblər:
•Akkreditasiyalı vençur fondunda 200 min dollar və ya biznes-mələklər qrupundan 75 min dollar həcmində sərmayənin alınması. Biznes göstərilən qrupa və ya akseleratora daxil edilərsə kapitala dair tələblərə cavab vermək lazım gəlməyəcək.
•Dil tələblərinə müvafiq olmaq lazımdır (namizədin ingilis, fransız və ya hər iki dili bilməsi Kanada vətəndaşlıq və ya immiqrasiya Nazirliyi tərəfindən təsdiqlənməlidir);
•Biznesin gəlir gətirəcəyinə qədər Kanadada yaşamaq üçün şəxsi vəsaitin olması
Müraciətin standart qiyməti 1540 dollardan ibarətdir. Bura da 1050 dollar məlumatın işlənməsinə, 490 dollar isə daimi yaşayış hüququna sərf edilir.
Müşayiət edəni həyat yoldaşı üçün müraciətin əlavə dəyəri 550 dollardan 1040 dollara qədərdir, uşaq üçün viza qiyməti 150 dollardır.
ÇİLİ
“Visa Tech” proqramı müraciət edildikdən 15 gün ərzində illik işçi viza verə təqdim edə bilər. Proqramda iştirak üçün sayta girərək https://investchile.gob.cl/visa-tech-chile/ (LİNK QOY!!!!) ilkin pul ödənişi etmədən ərizəni doldurmaq mümkündür.
Qısa müddətli vizaları alma imkanını Latın Amerikasına məxsus “Start-Up Chile” akseleratoru təqdim edir. O, yeni biznesə sponsorluq və ofis məkanı təqdim edir. 2018-ci ilin qışı üçün “Start-Up Chile” artıq 1300 startap buraxıb.
Tələblər:
•“InvestChile”, “Start-Up Chile” və ya Çili İqtisadiyyat, inkişaf və turizm Nazirliyinin İqtisadi alt katibliyinin dəvət-məktubu və ya sponsorluğa dair şəhadətnamənin olması.
•Çilidə texniki şirkətin sahibi, əməkdaşı, tərəfdaşı və ya sərmayədarı olmaq
•Texniki şirkət “Start-Up Chile”, “InvestChile” və ya “Chiletec” qrupunun üzvü olan digər şirkətlər tərəfindən dəstəklənməlidir.
Ardı var…
Səbinə Səmidxan