Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Xaric yumurtalar “yerli yumurta” adı altında satışa çıxarılır – XƏBƏRDARLIQ

Xaric yumurtalar “yerli yumurta” adı altında satışa çıxarılır – XƏBƏRDARLIQ

227
Paylaş
toyuq haqqinda, toyuq fermasi, toyuq saxlamaq ucun yer, toyuq xestelikleri, cuce yemleri, cucelere qulluq, ev quslarinin xestelikleri, toyuq saxlamaq qaydasi, cucelere qulluq qaydalari, toyuq növləri, toyuq biznesi, toyuq haqqinda, toyuq cinsleri, yumurta biznesi, toyuq fermasi, yumurtaliq toyuqla, yumurta biznesi yumurta biznesi, qusculuq teserrufati haqqinda, qusculuq biznes plan, quşçuluq fabrikləri, qusculuq fermasi, toyuq yemi qiymeti, toyuq fermasi, qusculuq fermasi satilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır.

Aparılan monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal olunan yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkar olunub. Eyni zamanda məlum olub ki, bəzi sahibkarlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirilərək “yerli yumurta” adı altında satışa çıxarır.

“Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqətinə çatdırır ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və belə şəxslər haqqında qanunvericilik çərçivəsində ən sərt tərbirlər həyata keçiriləcək.

 

Vətəndaşlardan satış şəbəkələrində belə hallarla rastlaşdıqda konkret faktlarla Agentliyin “1003” Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur”,- Məlumatda deyilir.