Xaricə malların satışından ən çox qazanan şirkətlər

Date:

Paylaş:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayı təqdim olunub.

Bizplus.az xəbər verir ki, “İxrac İcmalı”nın dekabr sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi təqdim olunub. Bu ilin yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti “nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Nine Climate” MMC,  “Global Export Fruits” MMC, “Sun Food” MMC, “Baku Steel Company”, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Natural Fruit” MMC, “Caspian enerji-2020” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Bundan başqa, siyahıda bu şirkətlər də yer alırlar: “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “CTS-Agro” MMC,  “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azərikimya” İB, “Bakı Neft Maşinqayırma Zavodu” TASC.

Qeyd edək  ki,  2018-ci ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” MMC, “Kapitan Fruits ” MMC, “Azfruittrade” MMC, “Food Export Şəmkir” MMC,  “Sun Food” MMC, “Qala meyvə-tərəvəz ixracat idxalat” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “TST Export” MMC təmsil olunmuşdu.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edirdi. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunmuşdular: “Det-al Alüminium” MMC, “Azərenerji” ATSC, “SOCAR Methanol” MMC, “Azergold” QSC, “Azərbaycan Hava Yolları” QSC, “CTS-Agro” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan  MR Dövlət Energetika Xidməti.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...