Baş nazirin keçmiş müavini, yazıçı Elçin Əfəndiyev 2011-ci ildə təsis edilmiş, 2015-ci ilin aprelində yeni adla qeydiyyatdan keçmiş “Tərəqqi-ARNK” MMC-nin qanuni təmsilçisidir.
Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, şirkət əvvəllər “Tərəqqi-NK” Mənzil-Tikinti Koorperativi adı altında fəaliyyət göstərib, hökumət sifarişi üçün təsis edilib və Elmlər Akademiyası metrosu yaxınlığında, H.Zərdabi küşəsi 74-də Nazirlər Kabinetinin işçiləri üçün 20 mərtəbəli bina inşa edib.
“Tərəqqi-ARNK” MMC Nizami rayonu, Şirin Mirzəyev küçəsi ev 79, mənzil 24-də hüquqi qeydiyyatdadır. Həmin ünvanda daha bir şirkət – “Tahirov Group” MMC də qeydiyyatdadır.
![](https://bizplus.az/wp-content/uploads/2020/02/1582441756_85218082_186040365988024_372283826732269568_n.jpg)
![](https://bizplus.az/wp-content/uploads/2020/02/1582441794_87060643_186040342654693_881637317058494464_n.jpg)