Xakerlər hər il dünya iqtisadiyyatına 6 trilyon zərər vuracaqlar

0
730

Cybersecurity Venture” nəşrinin bu ilki hesabatında kibercinayətkarlığın dünya iqtisadiyyatına vuracağı ziyanın 2017-ci ildən başlayaraq iki dəfə artacağı və hər il 6 trilyon olmaqla 2021-ci ilə qədər bu templə davam edəcəyi vurğulanır. Hesabatda kiberhücumların növbəti 20 ildə insanlığın qarşılaşacağı ən böyük təhdid və çağırışlardan biri olacağı bildirilir.

Hesabatda hələ kiberhücumun 2015-ci ildə dünyaya vurduğu ziyanın 3 trilyon dollardan nədən 2017-ci ildən etibarən 2 dəfə artacağı səbəbləri geniş izah olunmuşdur.

Kibercinayətin vuracağı ziyana, məlumatların zədələnməsi və məhv olunması, oğurlanmış pullar, məhsuldarlığın itirilməsi, intellektual mülkiyyətin oğurlanması, fərdi və maliyyə məlumatlarının oğurlanması, mənimsəmə, dələduzluq, hücumdan sonra biznesin normal axarındakı kəsintilər, məhkəmə araşdırmaları, hücuma məruz qalmış məlumatın aradan qaldırılması və bərpası, imicə dəymiş ziyan daxildir. Bu haqda “Cybersecurity Venture” nin baş redaktoru Stiv Morqan söyləmişdir.

Mənbə: digitalazerbaijan.az