Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Xakerlər 42 milyon dollar bitkoin oğurlayıblar

Xakerlər 42 milyon dollar bitkoin oğurlayıblar

178
Paylaş

Binance kriptovalyuta birjası bugün öz rəsmi saytında bildirib ki, 2019-cu il 7 may, saat 17:15:24 (UTC) radələrində xakerlər onların müdafiə sistemini dağıda biliblər. “ Xakerlər fişinq, virus və digər hücum yolları metodlarından istifadə ediblər. Biz hələ də onların istifadə etdikləri bütün vasitələri araşdırırıq”- şirkətdən bildiriblər.

Rəsmi açıqlamaya görə, çoxlu API istifadəçilərinin açarları, 2FA kodları və güman ki, digər məlumatlar əldə edilib. Həmçinin, xakerlər birjadan, bir tranzaksiyaya 42 milyon dollar məbləğində 7000 bitkoin götürə biliblər.