Xaçmazlı dərzi yerli sakinlərə təmənnasız maska paylayır

Date:

Paylaş:

Azərbaycanın Xaçmaz rayonundan olan dərzi Aynur Ağabalayeva yerli insanlar üçün tibb maskalar tikməyə başlayıb. 

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) məlumat verilib. 

BMqT-nin Azərbaycan nümayəndəliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi ‘Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi’ layihəsi çərçivəsində A.Ağabalayevaya moda evinin inkişafı üçün təqdim olunan tikiş maşınları və parça materiallardan istifadə etməklə və işçiləri yüzlərlə üz maskaları hazırlayaraq yerli sakinlər arasında paylayıblar.

A.Ağabalayeva dərzi atelyesinin xəstəxananın yaxınlığında olduğunu və üz maskaları olmayan bəzi xəstələrin xəstəxanaya buraxılmadığının şahidi olduğunu bildirdi: “Koronavirus pandemiyası Xaçmazda da üz maskaları çatışmazlığına səbəb olub. Buna görə üz maskalarını tikib insanlara paylamaq qərarına gəldim ki, onlar tibbi müayinələrdən keçmək imkanı qazansınlar”.

O, digər dərzilərin də bu təşəbbüsə qoşulacağına inandığını qeyd etdi.

BMqT-nin Azərbaycan nümayəndəliyi 2018-ci ildən etibarən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə ‘Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi’ layihəsini həyata keçirir. Bu layihə həssaslığı ilə seçilən əhali qruplarının tənzimlənməyən miqrasiya, insan alveri, əməyin istismarı, məcburi əmək, eləcə də, zorakı ekstremizm və radikallaşma qurbanına çevrilməsinin qarşısının alınması, onların sosial-iqtisadi rifahının artırılması məqsədini daşıyır. 

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...