Xərcləri azaltmağın ən sadə yolları

Date:

Paylaş:

Xərcləri azaltmaqbank hesabınızda yığılan pulları daha çox artırmağın ən sadə yollarını sizinlə paylaşırıq.

Az ya da çox olsun heç fərq etmir. Hər bir xərc fərdi büdcəmiz üçün əhəmiyyətlidir. Kobud ifadə etsək hər xərclədiyimiz məbləğ cibimizdə böyük və ya kiçik bir deşik açır. Bu səbəblə də xərclərimizi azaltmağımız və daha çox qənaət etməyimiz, cibimizdəki pulu nəzarət altında saxlaya bilməyimiz üçün ciddi əhəmiyyət kəsb edir.

xərclər

Xərcləri azaltmaq üçün ilk növbədə planda olmayan xərcləri aradan qaldırmaq lazımdır. Çox vaxt düşünülmədən edilən plansız xərclər büdcənizə əsas və ən ağır zərəri verən problemlərin önündə gəlir. Bu gün hər hansı marketdə gündəlik təkrarlanan alışverişinizi edərkən səbətə artıq əlavə etdiyiniz amma əslində almağa ehtiyac duymadığınız hər şey plansız xərclərə nümunə göstərilə bilər. Çox bəyəndiyiniz və əslində ehtiyacınız da olan bir cüt ayaqqabı sifarişi üçün online ticarət saytına daxil olursunuz. Ödəmə səhifəsinə gələnə ehtiyacınız olmayan bir çox məhsulu da səbətinizə əlavə edirsiniz. “Bu məhsula baxanlar bunlara da baxdılar”, “Bunları da aldılar”, “Bunlar da endirimdədir”, “Bunlara baxdınızmı? ” və daha neçə-neçə bir çox təşviqlə qarşı-qarşıya qalacaqsınız. Bunlara maneə ola bilməsəniz də özünüzə maneə ola bilərsiniz. Plansız xərclər etməmək üçün xərclərinizi büdcənizə görə planlayın. İstər fiziki istərsə də virtual xərclərinizdə büdcənizi və yalnız planladığınız məhsulları alaraq birbaşa kassaya və ya ödəmə səhifəsinə getməyə cəhd edin. İnanın bu sizə həqiqətən kömək olacaq. Xərcləri planlamağın ən yaxşı yolu istəyinizə görə rüblük, həftəlik, aylıq alış-veriş siyahıları hazırlamaqdan keçir. Məsələn, mətbəx alış-verişi üçün həftəlik, geyim alışverişləriniz üçün 6 aylıq və ya illik alış-veriş siyahıları hazırlaya bilərsiniz. Alış-veriş siyahısı hazırlayarkən siyahınızda yer almağa meyilli hər şeyi “istək” və “ehtiyac” olaraq iki kateqoriyaya ayırın. Keçən ay yeni bir kostyum almısınız. Bu ay almaq istədiyiniz bir başqa kostyuma həqiqətən ehtiyac varmı? Yoxsa yalnız rəngindən və ya dizaynından, modelindən ötəri istəyirsiniz mi? Düşünün! Çünki iki kateqoriya da çox fərqlidir. Yalnız lazım olan ehtiyaclarınıza uyğun xərclər çəkməyə çalışın.

xərclər

Endirimlər, kampaniyalar olmadan xərcləri azaltmaqdan bəhs etmək olmaz. Kampaniya və endirim fürsətləri ehtiyaclarınızı daha az ödəyərək təmin edəcək asan yollar arasındadır. Bu gün ciblərimizə sığışan ağıllı telefonlar vasitəsi ilə hər kampaniyanı təqib etmək və güzəştlər haqqında məlumat sahibi olmaq bir o qədər asandır. Əlavə olaraq məhsulu almaq yerinə icarə və ya ikinci əl kimi fərqli alternativlərdən də istifadə edə bilərsiniz.

Hər hansı bir paket süddən, cib telefonuna qədər fərqli brendlər də çox vaxt büdcə düşməni olur. Bu səbəblə brend olmayan amma keyfiyyətli məhsulları seçməyə çalışın. Yalnız loqosu və ya adı üçün yüksək ödənişlər etmək məcburiyyətində deyilsiniz.

Bütün bunların hər biri sadə görünsə də ümumilikdə büdcə cəhətdən böyük bir təsirə malikdir. İstifadə edəcəyiniz bu üsullar vasitəsilə xərclərinizi asanlıqla azalda bilərsiniz.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...