Xərcləmək yoxsa toplamaq daha yaxşıdır?

Date:

Paylaş:

Dünyanın uğurlu biznes ledilərindən olan Deni Conson beş uşaq anasıdır və bir neçə nəvəsi var.

Ilk dəfə 17 yaşında ana olan Deni 23 ildə ilk milyonunu qazanıb. Hazırda müxtəlif ölkələrə səyahət edən ledi uşaqların tərbiyəsi ilə bağlı məsləhətlər verir. Bu məsləhətlər bir çox insana lazım olacaq.

1. Məqsəd erkən uşaqlıqdan olmalıdır

Zəngin insanlar uşaqlarında məqsədin uşaqlıqdan yaranmasına imkan verirlər. Onlar aparıcı universitetlərin gələcək məzunlarını tərbiyə edirlər. Bu uşaqlar nəticədə istedadlı həkim, hüquqşünas və uğurlu rəhbər olurlar. Amma insanların əksəriyyəti körpələrini “o, hələlik çox kiçikdir”, “sonra müəyyən edərik” kimi fikirlərlə tərbiyə edirlər.

Əlbəttə, valideyn gələcəyi haqqında fikirləri ilə uşağın beynini doldurmalı deyil. Amma o, uşağın öz hədəfinə çatmasına yardım etməlidir. Digər tərəfdən, uşaqlara biliklərə sevgini aşılamaq lazımdır. Və nəticədə o, tezliklə öz yolunu seçəcək.

2. Müasir vasitələrdən uzaq

D.Consonun bütün uşaqları öz birinci smartfonlarını 16 yaşlarında alıblar. Onların ilk kompüteri atalarının kompüteri olub. Çox qəribədir ki, milyonçunun evində televizor ümumiyyətlə yoxdur. Amma belə strategiya öz nəticəsini verib.

“Mobil telefon insana öz vaxtını planlaşdırmağa imkan vermir. Televiziya da həyatın şablon modellərini göstərir. Əgər uşaq televizora baxmayacaqsa, onda bu asılılıq ondan ötüb keçəcək”, – deyə D.Conson bildirib.

3. Uşaqları işi sevməyi öyrədirik

Uşaqlar onların valideynləri üçün işləməyin necə ağır olması, həmçinin pis kolleqalar və başqa neqativ hallar haqqında daim eşidirlər. Uşaqlar erkən yaşlarından artıq özlərini belə “proqramlaşdırırlar” ki, işləmək nə isə ağır və xoşagəlməz bir şeydir.

Deninin ailəsində uşaqlar artıq iki yaşdan evdə sadə işlərə kömək etməyə başlayırlar. Çünki uşaqlar bilməlidir ki, həyatda heç nə pulsuz olmur. Bu, xarakteri möhkəmləndirir.

Milyonçu ana uşaqlara erkən yaşdan əməyi sevməyi öyrətməyi məsləhət görür.

4. Xərcləmək, yoxsa toplamaq daha yaxşıdır?

Bir çox valideynlər uşaqlarına ehtiyac olmadan pul xərcləməməyi öyrətmək istəyirlər. Milyonçu ananın evində belə qayda var: kim 10 dollar yığacaqsa, daha 10 dollar qazanacaq. Uşaq lazımi məbləği yığdısa, onu yalnız faydalı şeylərə xərcləyə bilər. Məsələn, bu, inkişafa imkan yaradan musiqi aləti, velosiped, stolüstü oyun ola bilər. Deni uşaqlarına belə öyrədir: “Yeni şeyləri ona görə almaq lazım deyil ki, onu başqaları da alır. Bu, mənasızdır”.

5. Əliaçıq ol

Uğurlu insanlar, bir qayda olaraq, əliaçıq olurlar. Onlar bölüşməyə həmişə şaddırlar. Deninin uşaqları qazandıqları pulların 10%-ni kasıblara verir, pulun 30%-ni isə özlərinə oyuncaqlar almaq və əyləncələr üçün saxlayırlar. Qalan məbləği isə onlar gələcək ideyaları üçün saxlayırlar.

Daha çox pul qazanmaq üçün 7 məsləhət

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...