“Xerox” printer istehsalçısı kompyuter və printerlər hazırlayan HP şirkətini almaq barədə təklif irəli sürməyi planlaşdırır.
Qeyd edək ki, HP şirkətinin kapitalizasiyası üç dəfə daha çoxdur.
“Xerox” “HP”-yə bazar qiymətindən yüksək məbləğ təklif edə və əməliyyatı pul və səhmlərlə ödəyə bilər. “Xerox”-un direktorlar şurası birləşdirilmə imkanını 5 noyabr iclasında müzakirə edib. Amma əməliyyatın baş tutub-tutmayacağı dəqiq bilinmir.
Əməliyyat istehsalçılara sənədlərin surətinin kağızda çıxarılmasına tələbi azaltmaqla biznesi format etmək imkanı verəcək. Birləşmə şirkətlərə xərcləri 2 mlrd. dollar azaltmağa kömək edəcək.
“Xerox” və “HP” nümayəndələri mümkün birləşmə barədə məlumata rəy bildirməyiblər.