WSJ: WeWork sentyabrda IPO keçirməyi planlaşdırıb

Date:

Paylaş:

Bu, 2019-cu ildə Uber-dən sonra həcminə görə birjaya ikinci çıxış ola bilər.

WeWork “co-working”(müvəqqəti iş yeri) şəbəkəsi 2019-cu ilin sentyabrında ilk IPO-nu keçirməyi planlaşdırıb – səhmdarların gözlədiyindən tez bir vaxtdır, The Wall Street Journal mənbələri bildiriblər. Bloomberg xəbər verib ki, şirkət səhmləri 3,5 milyard dollara satmaq niyyətindədir,lakin bu məbləğ hələ dəyişə bilər.

WSJ  belə hesab edir ki, WeWork rəhbərliyi IPO-nu ona görə tez keçirmək istəyir ki, indi ABŞ-ın fond bazarı rekord göstəricilər ətrafında ticarət edir və “yaxşı dövr” çox davam etməyəcək. WeWork rəy bildirməkdən imtina edib.

WeWork 2018-ci ilin dekabrında birjaya çıxmaq üçün sənəd verib,lakin bu barədə xəbər 2019-cu ilin  aprelində məlum olub. 2019-cu ilin iyulunda WSJ mənbələri bildiriblər ki, şəbəkənin həmtəsisçisi və baş direktoru Adam Neyman şirkətin səhmlərini 700 milyon dollara satıb. 

2019-cu ilin yanvarında Yaponiyanın SoftBank-ı WeWork-ü 47 milyard dollar dəyərləndirib. 2018-ci ildə şirkətin biznesi zərər görüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...