WeWork şirkətinin idarə heyətinin Yaponiyanın SoftBank-ı ilə əlaqəsi olan bir neçə üzvü, şirkətin qurucusu Adam Neumann-ı baş direktor postundan kənarlaşdırmağı planlaşdırır. Ona idarə heyətinin qeyri-icraçı rəhbəri vəzifəsini həvalə etməyi düşünürlər.. Bu təklifə 2019-cu ilin sentyabr ayının sonuna kimi baxılacaq, WSJ mənbələri bildirirlər.
WSJ bu təşəbbüsə məhz nəyin əsas yaratdığını qeyd etmir, amma startapın zərərlərini və Neumann-ın özünün münaqişəli rəftarını xatırladır. O, həm də yaşayış yerləri alıb onları WeWork-ə icarəyə verməsi ilə də tanınır. Bundan başqa, şirkətdə həm də əməkdaşların ixtisara salınmasının şərəfinə ziyafətlər da keçirib.
Qəzet qeyd edir ki, Neumann kifayət qədər səs toplayıb və ona digər direktorlar tərəfindən də dəstək var. SoftBank-ın da təsiri var – o, hələ ki zərər içində olan WeWork-ün inkişafı üçün lazım olan vəsaiti verə bilər.