Nyu-York birjasının sahibi olan “Intercontinental Exchange” (ICE) şirkəti “eBay”i 30 milyard dollara almaq istəyir.
Bizplus.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “The Wall Street Journal” məlumat verib.
Nəşrin həmsöhbətlərinin fikrincə, ICE şirkəti “eBay”i bazar kapitallaşmasından daha yüksək qiymətə almaq niyyətindədir. Xatırladaq ki, “eBay” in bazar kapitallaşması 28 milyard dollardan çoxdur.
ICE şirkətinin bu təklifindən sonra fevralın 4-ü “eBay” in səhmləri 8% artdı. Xatırladaq ki, ICE dünyanın ən böyük birja qruplarından biridir. Şirkət Nyu-York birjası ilə yanaşı, dünyanın digər fyuçers birjalarını idarə edir. 2001-ci ildə ICE London neft birjasını, 2018-ci ildə isə Çikaqo birjasını satın almışdır.
Qeyd edək ki, “eBay” – dünyanın ən böyük internet auksionudur. 1995-ci ildə amerikalı proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Şirkət müasir adını 1997-ci ildə almışdır.