WSJ: Amazon ABŞ-da supermarket şəbəkəsini işə salacaq

Date:

Paylaş:

Amazon ABŞ-da öz supermarket şəbəkəsini açmağı planlaşdırır. Bu barədə şirkətin planları ilə tanış olan insanlara istinadən The Wall Street Journal yazır.

İlk supermarketin 2019-cu ilin sonunda Los-Angelesdə açılması planlaşdırılır. Mənbələrə görə, pərakəndəçi San Francisco, Seattle, Çikaqo, Vaşinqton və Filadelfiyada mağazaların açılması ilə bağlı danışıqlar aparır və artıq bir neçə binanın icarəyə götürülməsi barədə razılıq əldə edib.

Əlavə olaraq, Amazon, tərkibinə təqribən on mağaza daxil olduğu regional ticarət şəbəkələrini əldə etmək imkanını da araşdırır.

Mənbələrə görə, yeni mağazalar Amazon-un 2017-ci ildə 13,7 milyard dollara aldığı “Whole Foods” şəbəkəsi ilə birbaşa rəqabət aparmayacaqlar. Onların sözlərinə görə, yeni şəbəkədə məhsullar daha ucuz qiymətlərlə satılacaq.

Amazon üçün bu offlayn pərakəndə satış sahəsindəki inkişafında atdığı ilk addım deyil: 2018-ci ilin əvvəlində riteyler Amazon Go mağazasını açmışıdır. İndi Amazon Go şəbəkəsi San-Fransiskoda, Çikaqoda və Seattleda on ticarət qovşağına malikdir. 2018-ci ilin sentyabr ayında Bloomberg mənbələri qeyd etmişdilər ki, şirkət 2021-ci ilədək üç min Amazon Go mağazasını açmağı planlaşdırır.

Bu xəbərin dərc edilməsindən sonra, ABŞ-ın böyük satış şəbəkələrinin səhmlərində azalma müşahidə olunub. Martın 2-də hərracların bağlanışında Walmart qiymətli kağızlarının dəyəri 1.07% azalıb, Kroger şəbəkəsi dəyərinin 4.5% -ni itirib, Amazon səhmləri isə 1,95% artıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...