“World Brand Lab” şirkətinin ekspertləri 2018-ci il üzrə dünyanın ən nüfuzlu 500 brendinin reytinqini hazırlayıb.
İnsider.az-ın “Forbes”ə istinadən verdiyi məlumata görə, sözügedən reytinq 2004-cü ildən tərtib olunur. Reytinq əsasən bazar payı, marka sadiqliyi və dünya liderliyi kimi üç əsas göstəriciyə əsaslanır.
Tədqiqat çərçivəsində mütəxəssislər 20 mindən çox dünya markasını gözdən keçirirlər. 2018-ci ilin məlumatına əsasən dünyanın 500 ən nüfuzlu brendindən 223-ü ABŞ markasıdır ki, bu, sözügedən ölkəni dünyada nüfuzlu brendlərin sayına görə liderliyə yüksəldir.
Ən nüfuzlu markalara sahib ölkələrin siyahısını təqdim edirik (Qeyd edək ki, 10-cu yeri iki ölkə paylaşır):
10. İSVEÇ
Reytinqdə “IKEA”, “H&M”, “Electrolux”, “Absolut Vodka”, “ABB”, “Atlas Copco”, “Oriflame”, “Saab AB”, “Saab Automobile AB”, “Scania”, “Volvo”, “Volvo Trucks”, “Ericsson”, “TELE2”, “AB Electrolux”, “TetraPak”, “Alfa Laval”, “SKF” və.s kimi 50 brendə təmsil olan İsveç reytinqdə 10-cu yeri tutur.
Dünya Bankının qiymətləndirməsinə görə, İsveç ən uyğun beynəlxalq ticarət tərəfdaşlarından biridir.
Son on il ərzində İsveç iqtisadiyyatın müasir sektorlarında – rəqəmsal texnologiya və telekommunikasiya sahəsində sıçrayış edib.
10. CƏNUBİ KOREYA
“Samsung”, “Hyundai” və “SK Holdings” brendləri ilə təmsil olunan Cənubi Koreya Respublikası iqtisadi baxımdan inkişaf etmiş ölkədir və adambaşına düşən gəlir yüksək səviyyədədir.
Hal-hazırda Cənubi Koreya iqtisadiyyatı elektronika, toxuculuq, avtomobil istehsalı, eləcə də ağır sənaye malları olan gəmiqayırma, polad istehsalına əsaslanır. Bu sənaye sahəsələrinin məhsulları əsas ixrac maddələridir.
9. HOLLANDİYA
“Royal Dutch / Shell”, “Unilever”, “Royal Philips Electronics” kimi transmillli və Avropa şirkətlərinin qərargahı və istehsal sahələri Hollandiya ərazisində yerləşir.
Hollandiyanın bank sistemi “ABN AMRO”, “ING Groep N.V.” və “Rabobank” kimi banklarla təmsil olunur.
Hollandiya inkişaf etmiş ölkədir. ÜDM-in 73% -ni xidmət sektoru, 24,5 %-ni sənaye və tikinti sektorunun, 2,5%-ni isə kənd təsərrüfatı və balıqçılıq təşkil edir.
8. İTALİYA
“Gucci”, “Prada”, “Ferrari”, “Fiat” kimi brendlərin təmsil etdiyi İtaliya sıralamada 8-ci yeri tutur. Iqtisadiyyat sahələri və gəlirlilik baxımından ölkənin regionları arasında kəskin fərqlər mövcudur. Ölkənin şimalı sənayeləşdirilib, cənubu isə nisbi böhran içindədir.
İtaliya avtomobil, velosiped və mopedlər, traktor, paltaryuyan maşınlar və soyuducu, elektronik məhsullar, sənaye avadanlıqları, polad boruları, plastik və kimyəvi liflər, avtomobil lastikləri, eləcə də hazır paltar və dəri ayaqqabıları, makaron məhsulları, pendir, zeytun yağı, şərab, meyvə və pomidor konservləri istehsalına görə fərqlənir.
7. İSVEÇRƏ
İsveçrə dünyanın ən sabit iqtisadiyyatı olan ölkələrindən biridir. Ölkənin “Nestle”, “Credit Suisse”, “Rolex”, “UBS” kimi brendləri var.
Ərazisinin kiçik, əmək qabiliyyətliliyinin yüksək olması İsveçrəni yüksək sənaye ölkəsinə çevirib.
İsveçrə qızıl emalına görə dünya lideridir.
6. ALMANİYA
Almaniya bir sıra sənaye və texnoloji sektorlarda dünya lideri olmaqla, dünyanın ən böyük üçüncü ixracat və idxalatçısıdır. Ölkənin “BMW”, “Mercedes-Benz”, “Volkswagen” və “Audi” kimi tanınmış brendləri var.
Ölkənin əsas sənaye sahələri mühəndislik, elektrik, kimya, avtomobil və gəmiqayırma və sairədir.
5.ÇİN
“State Grid”, “Tencent”, “Haier”, “ICBC” kimi brendlərə sahib olan Çin, avtomobil istehsalı və istehlakçı tələbi də daxil olmaqla ən çox sənaye məhsullarının istehsalına görə dünyada liderlik edir.
2018-ci ildə Çin iqtisadiyyatı satınalma gücü paritetində hesablanan ÜDM-də dünyada birinci yerdədir.
4. YAPONİYA
Yaponiya yüksək texnologiyalar (elektronika və robot) ölkəsidir. Ölkədə həmçinin avtomobil və gəmiqayırma daxil olmaqla nəqliyyat mühəndisliyi inkişaf etmişdir.
Yapon şirkətlərinin demək olar ki, 90% -i kiçik və orta biznesə aiddir. Avtomobil, elektronika və elektrik sənayesində onların rolu xüsusilə böyükdür.
3. BÖYÜK BRİTANİYA
“Vodafone”, “BP”, “HSBC” kimi brendlərə sahib olan Böyük Britaniyanın xidmət sektoru ölkə iqtisadiyyatının əsasını təşkil edir.
Ölkədə ÜDM-in təqribən 75% -ni bu sektor təşkil edir. Dünyanın üç əsas “nəzarət mərkəzlərindən” biri olan London Nyu-York kimi ən böyük şəhərlə paralel olaraq ən böyük maliyyə mərkəzidir.
2. FRANSA
“L’Oreal”, “Louis Vuitton”, “Chanel”, “Cartier”, “Dior” kimi tanınmış brendlərin sahibi olan Fransa ümumi iqtisadiyyatın həcminə görə Avropa İtifaqında Almaniyadan sonrai ikinci sırada yer alır və dünya onluğuna daxildir.
Ölkə iqtisadiyyatında əmək qabiliyyətli əhalinin 76,7 faizinin çalışdığı xidmət sektoru üstünlük təşkil edir.
1.AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI
ABŞ iqtisadiyyatı dünya ÜDM-nin təxminən dörddə birini təşkil edir və planetin əsas iqtisadi və hərbi gücünü təşkil edən qlobal hərbi xərclərin üçdə birini təşkil edir.
Bundan əlavə, dünyanın ən böyük siyasi nüfuza malik ölkəsi olan ABŞ elmi tədqiqat və texnoloji yeniliklər sahəsində liderdir.
insider.az