WordPress.com bloq-platformasına sahiblik edən Automattic şirkəti raundu 300 milyon dollar səhmlə bağlayıb. CRM-sistem proqramçı-şirkəti Salesforce tərəfindən yaradılmış Salesforce Ventures fondu səhmdar olub.
Bu, 2014-cü ilin mayından bəri Automattic üçün ilk daxili səhmdir: o vaxt şirkət 1,16 milyard dollar dəyərləndirmə ilə 160 milyon dollar cəlb edib. İndi Automattic-in dəyəri 3 milyard dollar olub.
Automattic və Salesforce nümayəndələri bildiriblər ki, razılıq təkcə səhmləri özündə əks etdirmir, həm də əməkdaşlıq təklif edir. Amma şirkətlər xidmətlərini inteqrasiya etmək fikirlərinin olub-olmaması barədə heçnə qeyd etməyiblər.
Automattic 2006-cı ildə yaranıb və şirkət WordPress bloq-platformasını inkişaf etdirir.