Əsas səhifə Xəbərlər Digər xəbərlər Word, Excel və PowerPoint vahid Android tətbiqində birləşiblər

Word, Excel və PowerPoint vahid Android tətbiqində birləşiblər

18
Paylaş

“Microsoft” şirkəti özünün Word, Excel və PowerPoint ofis redaktorlarını smartfonlar üçün vahid Office mobil tətbiqində birləşdirib. Bu barədə şirkətin təqdimat materiallarında məlumat verilir.

Təqdimatda qeyd edilir ki, yeni funksiyalar və imkanlar xüsusi olaraq mobil cihazlar üçün təşkil olunublar.

Tətbiqi artıq Google Play-dən yükləmək mümkündür. Amma AppStore-da nə zaman olacağını şirkət açıqlamayıb.

“Microsoft” bu addımı istifadəçilərin şikayəti əsasında atıb: onlar bu ofis xidmətlərini bir-birindən ayrı şəkildə yükləməkdən yorulduqlarını bildiriblər. Bundan başqa həmin üç tətbiqin həm həcmi böyükdür, həm də smartfonun ekranını tuturlar və xidmətlərin birindən digərinə keçid də çox vaxt aparır. Artıq tək bir toxunuşla hər üç xidməti yükləmək mümkündür. Amma bildirək ki, sözügedən redaktorları ayrı-ayrı yükləmək də olar.

Yeni tətbiqdə qeydlər aparmaq, şəkillərdən mətnlər skan etmək, həmçinin, PDF-faylları oxumaq kimi yeni funksiyalardan yararlanmaq olar.