Bir sıra avtomobil şirkətləri koronavirusla əlaqədar istehsalı dayandırmaq məcburiyyətində qalıblar. Bir qismi isə loqosuna kiçik dəyişiklik edərək insanları məsafə saxlamağa səsləyib. Onlardan biri də Volkswagen olub.
Şirkət loqosuna bir qədər məsafə əlavə edib. O, sosial məsafə loqosunu öz vebsaytında yayımlayıb. Keçmiş loqodakı “V” və “W” hərfləri arasında boşluq yerləşdirilib.
Loqonun yeni istehsal edilən avtomobillərdə də olub – olmayacağına gəlincə isə şirkət rəsmiləri bildiriblər ki, yenilik koronavirusa görə müvəqqəti xarakter daşıyır. Buna görə də yeni istehsal olunan avtomobillərdə bu loqodan istifadə edilməyəcək.
Qeyd edək ki, bir neçə gün öncə Audi də loqosuna dəyişiklik edərək insanları məsafə saxlamağa çağırıb. O, loqosundakı birləşmiş halqaları bir-birindən ayıraraq təqdim edib.