San-Fransiskonun Winnie startapı A raundunu 9 mln dollarla bağlayıb. Raundun iştirakçılarından biri Day One Ventures olub. Bu barədə Crunchbase yazır.
Day One Ventures fondu layihəyə bir neçə yüz min ayırıb. İnvestisiya əməliyyatının nəticələrinə görə, o minoritar paya sahibdir.
Rethink Impact firması lider səhmdar olub. Bundan başqa,Unusual Ventures, Reach Capital, Kairos, Ludlow Ventures və digər şirkətlər də startapa yatırım ediblər.
Winnie startapı yarandığından bəri səhmdarlardan 15,5 mln dollar əldə edib.