“Google Project Zero” layihəsinin mütəxəssisi Tevis Ormandi tərəfindən “Windows” əməliyyat sistemindəki “Notepad” mətn redaktorunda aşkar edilmiş boşluq uzaq məsafədən kodu icra etməyə imkan verir.
Mütəxəssis boşluq haqqında “Microsoft” şirkətinə informasiya verib. Ormandi sözügedən boşluq haqqında texniki təfərrüatları açıqlamayıb, yalnız onu qeyd edib ki, yaddaşın zədələnməsi ilə bağlıdır.
Ekspert, həmçinin bildirib ki, artıq bu boşluq üçün hazır işlək eksploit düzəldib.