Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Wichitra” Azərbaycana quru meyvə ixracı üçün tərəfdaşlar axtarır

“Wichitra” Azərbaycana quru meyvə ixracı üçün tərəfdaşlar axtarır

62

“Wichitra” şirkəti istehsal etdiyi qida məhsullarının Azərbaycana ixracının təşkili üçün tərəfdaşlar axtarır.

“Şri-Lankanın qida məhsulları istehsal edən “Wichitra” şirkəti Azərbaycandan olan idxalçı şirkətlərin axtarışındadır”, – deyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.

“Wichitra” şirkəti quru meyvə, tərəvəz və dərman bitkilərinin istehsalı ilə məşğuldur. Hazırda şirkət öz məhsullarını birbaşa, eləcə də iri ixracatçılar vasitəsilə Avstraliya, Kanada, ABŞ, Almaniya, Fransa, İsveçrə, İsveç, Yeni Zelandiya, Sinqapur, Yaponiya, Koreya, BƏƏ və digər ölkələrə ixrac edir.

AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.

Rəy bildir

Please enter your comment!
Please enter your name here