elçikanın Leven Universitetinin alimlərinin məlumatına görə, “Wi-Fi” şəbəkəsinə qoşulma imkanına malik olan bütün qurğular təhlükə altındadır. Ekspertlər bildiriblər ki, bu üsulla internetə daxil olan istənilən cihaza müdaxilə mümkündür.
2006-cı ildən etibarən sertifikatlaşdırılmış avadanlığa quraşdırılan “Wireless Protected Access 2” (WPA-2) adlı şəbəkə təhlükəsizlik texnologiyası marşrutlayıcıları müdaxilədən qoruyur. “WPA-2” texnologiyası ən yeni şifrləmə standartlarından istifadə edir, şəbəkəyə qoşulma isə 4 mərhələdən ibarətdir. Ancaq hakerlər müdaxilə üçün “Key Reinstallation Attacks” (KRACK) proqramından istifadə edirlər. “Wi-Fi” vasitəsilə qurğuya müdaxilə etmiş hakerlər istifadəçi haqqında bütün informasiyanı, həmçinin parol və bank kartının məlumatlarını ələ keçirə bilərlər.
“Google” və “Apple” kimi nəhəng şirkətlər artıq belə boşluğu aradan qaldırmaq üçün təhlükəsizlik yeniləmələri çıxarıblar.