Əsas səhifə Biznes sahələri Texnologiya Whatsapp’ın Android versiyasına barmaq izi skanı ilə giriş funksiyası əlavə edildi

Whatsapp’ın Android versiyasına barmaq izi skanı ilə giriş funksiyası əlavə edildi

73
Paylaş

Whatsapp tərtibatçıları messencerə təhlükəsiz autentifikasiya funksiyasını əlavə ediblər. Söhbət, tətbiqə daxil olmaq istəyən zaman barmaq izi skanı texnologiyasından istifadədən gedir. Bu barədə Gagadget saytı xəbər verib. Hələ bu ilin əvvəlində sözügedən funksiya tətbiqin iOS versiyasında ortaya çıxmışdı. İndi isə növbə gəlib Android versiyaya çatdı.

Barmaq izi skanı texnologiyası vasitəsilə identifikasiya üsulunu aktivləşdirmək üçün sadəcə olaraq messencerin ayarlarına daxil olmaq lazımdır. Daha sonra Account bölməsinə keçid edərək Privacy hissəsinə daxil olmaq lazımdır. Siyahının sonunda Unlock with Fingerprint funksiyası olacaq.